Messi hər gün 100 min dollar itirir

İspaniyanın “Barselona” futbol klubu futbolçu Lionel Messi ilə müqaviləni uzada bilər.

Bu barədə “Sport-Express” məlumat yayıb.

Belə ki, klub maaşla bağlı məsələni tənizmləməklə Messinin İspaniya La Liqasında qeydiyyatdan keçməsinə icazə verib.

Hücumçu Amerika Kuboku finalına diqqət yetirdiyinə görə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmağı atasına tapşırıb.

1 iyulda “Barselona” ilə əvvəlki müqaviləsi bitdikdən sonra Messi azad agent olub. O gündən bəri, argentinalı futbolçu hər gün 100 000 ABŞ dolları itirir.

Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.