Messi ildə 100 milyon qazanmaq istəyir

“Barselona” futbol klubunun argentinalı ulduzu Lionel Messi müqaviləni əmək haqqının artırılacağı təqdirdə uzadacağını bildirib.

Verilən məlumatlara görə, futbolçunun atası Xorxe Messi-nin rəhbərlik etdiyi Messi Management şirkətinə vergi istisna olmaqla (ildə 40 milyon avro), reklamlardan gələn 20% gəlir də daxil olmaqla 200 milyon avroluq 5 illik müqavilə təklif edilib. Qeyd edək ki, bu məbləğ futbolçunun arzusunda olduğu məbləğdən çox azdır.

Belə ki, 4 dəfə “Qızıl top”-a layiq görülmüş ulduz futbolçu 4 illik müqaviləyə görə 400 milyon avro tələb edir.

Son xəbərlər
Digər xəbərlər