Messinin “Barselona” klubu ilə müqaviləsinin müddəti bitdi

L.Messi

Futbolçu Lionel Messi azad agent olub.

Argentinalı futbol ulduzunun İspaniyanın “Barselona” futbol komandası ilə müqaviləsi bu gün, yəni iyulun 1-də başa çatıb.

Razılaşmanın müddətinin uzadılması indiyə qədər rəsmən açıqlanmayıb. Bu halda argentinalı komanda ilə yeni müqavilə imzalaya biləcək.

Messi 2003-cü ildən – bütün karyerası boyunca “Barselona”da çıxış edib. O, komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə Kubokunu və səkkiz dəfə Superkuboku qazanıb. Hücumçu habelə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA-nın Superkubokunu, klublararası dünya çempionatını udub.

Messi İspaniya Primerasının ötən mövsümündə 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.