Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin karyerasında 500-cü qolunu vurarkən geyindiyi forma hərracda satılıb.
Adı açıqlanmayan alıcı geyim dəsti üçün təqribən 400 000 avro ödəyib.
35 yaşlı hücumçu yubiley qoluna 2017-ci ilin aprelində – İspaniya “Barselona”sında çıxış edərkən imza atıb. Argentinalı forvard “Real Madrid”i 3:2 hesabı ilə məğlub etdikləri La Liqa matçında fərqlənib. Həmin qarşılaşmada dubl edən ulduz futbolçunun ikinci qolu 500-cü olub.
Messi qoldan sonra formasını çıxararaq, Madrid azarkeşlərinə nümayiş etdirib.
Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında “Barselona”nı PSJ-yə dəyişib.