23 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Messinin gedişindən sonra “Barselona” €137 milyon itirəcək

Screen Shot 2021 09 02 at 14.34.20

“Brand Finance” konsaltinq şirkəti argentinalı futbolçu Lionel Messinin “Barselona”dan gedişinin maliyyə nəticələrini qiymətləndirib.

Mütəxəssislər klubun maliyyə itkilərinin 137 milyon avro dəyərində olacağını açıqlayıblar.

Bu məbləğə gəlir itkiləri, markanın istifadəsi ilə əlaqədar reklam qazancı və s. daxildir. 34 yaşlı forvardın gedişindən sonra “Barselona” brendinin dəyəri 11% azalacaq.

La Liqa təmsilçisi sponsorluq gəlirindən 77 milyon avro, forma və digər malların satışından isə 43 milyon avro itirəcək.

Qeyd edək ki, Lionel Messinin Fransanın PSJ klubuna keçəcəyi gözlənilir.

Report

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər