13 C
Baku
Saturday, November 23, 2024

“Meta” 6 min işçini ixtisar edir

Texnologiya nəhəngi “Meta” 6 min işçini ixtisar etməyə hazırlaşır. Bu ixtisarlar “Səmərəlilik ili” proqramının bir hissəsidir: şirkət xərcləri azaltmaq və təşkilati strukturunu modernləşdirmək üçün əsaslı restrukturizasiya həyata keçirir.

Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

Mart ayında “Meta”nın qurucusu və baş direktoru Mark Zukerberq aprelin sonu və mayın sonunda iki raundda 10 000 iş yerini ixtisar etdiyini açıqlayıb. “Keçən il ixtisar etdiyimizdən bəri heyrətamiz nəticələrdən biri o oldu ki, bir çox işlər daha sürətlə yerinə yetirilir”, – Zukerberq yazıb.

“Meta”da əvvəlki ixtisarlar dalğası 2022-ci ilin noyabrında baş verub. Sonra şirkət ümumilikdə 11 min işçini işdən çıxarıb. “Meta” həmçinin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına planlaşdırılan azalmanın illik xərclərini 3 milyard dollar azalda biləcəyi barədə məlumat verib.

Son xəbərlər
Digər xəbərlər