“Meta” virtual reallıq qulaqlarını satmaq üçün may ayında ABŞ-da ilk “Meta Store” açacaq. Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, mağaza Berlinheym şəhərində, Kaliforniyada yerləşəcək.
Vurğulanır ki, orada həmçinin “Quest 2 VR” qulaqlıqları və “Stories” eynəkləri, eləcə də onlarla işləyən proqram və oyunlarla tanış olmaq üçün xüsusi interaktiv zona yaradılacaq.
Ziyarətçilər təqdim olunan bütün məhsulları ala biləcəklər.
Xatırladaq ki, 2021-ci ilin oktyabrında “Facebook” adını “Meta” olaraq dəyişib və gələcək illərdə inkişaf strategiyasının əsas hissəsinin əlavə və virtual reallığın olacağını vurğulayıb.
Şirkət 2022-ci ildə bu istiqamətdə təxminən 10 milyard dollar xərcləməyi planlaşdırır.