7 C
Baku
Thursday, December 4, 2025

“Meta” Avstraliyada 16 yaşadək yeniyetmələrin hesablarını silməyə başlayıb

“Meta” şirkəti Avstraliyada 16 yaşınadək yeniyetmələrin sosial şəbəkələrdəki hesablarını silməyə başlayıb. Buna səbəb ölkə hökumətinin müəyyən sosial şəbəkələrdən bu yaşa çatmayan uşaqların istifadə etməsini qadağan etməsi olub.

“Biz 10 dekabra qədər 16 yaşı olmadığını düşündüyümüz bütün istifadəçiləri silmək üçün əlimizdən gələni etsək də, qanuna riayət etmək davamlı və çoxmərhələli bir proses olacaq”, — deyə “Meta” nümayəndəsi bildirib.

10 dekabrdan etibarən Avstraliya hökuməti 16 yaşdan aşağı şəxslər üçün “Facebook”, “Instagram”, “Threads”, “Snapchat”, “TikTok”, “X”, “YouTube”, “Reddit”, “Kick” və “Twitch”dən istifadəni qadağan edir.

Sosial şəbəkə sahibləri 16 yaşadək uşaqların və yeniyetmələrin profillərini silmədikləri təqdirdə milyonlarla dollar cərimə ilə üzləşəcəklər.

Son xəbərlər
Digər xəbərlər