Texas ştatının hakimiyyət orqanları “Meta” ilə müqavilə imzaladığını elan edib. Bu müqaviləyə əsasən, şirkət 2022-ci ilin fevralında ona qarşı qaldırılan iddianı həll etmək üçün dövlətə 1.4 milyard dollar ödəyəcək. Məbləğ beş il ərzində ödəniləcək.
Prokuror Ken Pakston “Meta”nı Texas ştatından olan “Facebook” istifadəçilərinin biometrik məlumatlarını insanların sosial şəbəkəyə yüklədiyi foto və videolardan götürüb özündə saxlamaqda ittiham edib.
Prokuror vurğulayır ki, şirkət bunu Texas ştatında şirkətlərə yerli sakinlərin biometrik məlumatlarını onların razılığı olmadan toplamasını və saxlamasını qadağan edən qanunun olduğunu bilərək edib.
2021-ci ildə “Meta” İllinoys ştatının oxşar iddiası üçün 650 milyon dollar ödəməyə razı olub.