Donald Trampın innaqurasiya fondu Mark Zukerberqin “Meta” şirkətindən 1 milyon dollar alıb, “The Wall Street Journal” yazır. Daha əvvəl Donald Tramp ilə Mark Zukerberq arasında görüş olub. Şam yeməyində cənab Zukerberq şirkətin ən son ixtirasını – “Ray Ban” eynəyini nümayiş etdirib və onları respublikaçıya hədiyyə edib.
“Facebook” və “Instagram” 2021-ci ildə Kapitoliya hücumu ilə əlaqədar Donald Trampı sosial şəbəkələrdə bloklayıb. 2023-cü ilin əvvəlində respublikaçının hesabları blokdan çıxarılıb.
2024-cü ilin avqustunda cənab Tramp vəd etmişdi ki, 2024-cü il seçkilərinə təsir göstərməyə çalışarsa, cənab Zukerberq “həyatının qalan hissəsini həbsdə keçirəcək”. Qeyd edək ki, “Meta”nın rəhbəri seçkilərdə heç bir namizədi dəstəkləməyib.