13 C
Baku
Friday, November 22, 2024

“Meta” dünyanın ən böyük eynək istehsalçısının 5%-ni almaq üçün danışıqlar aparır

“Meta Platforms” şirkəti “Ray-Ban” eynək brendinin sahibi olan Fransanın “EssilorLuxottica” şirkətinin təxminən 5%-nin alınması ilə bağlı danışıqlar aparır. Bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” yazır.

“Bloomberg”in həmsöhbətləri deyirlər ki, “Meta” 3%-dən 5%-ə qədər alış edə bilər. Payın dəyəri təxminən 4.5 milyard avro və ya 5 milyard dollar olaraq qiymətləndirilir.

“Bloomberg” və “WSJ” mənbələri israr edirlər ki, sövdələşmənin baş tutacağına dair heç bir zəmanət yoxdur. Media iddia edir ki, satınalma baş verərsə, bu, şirkətlər arasında tərəfdaşlığın dərinləşməsinə kömək edəcək.

“EssilorLuxottica” – dünyanın ən böyük eynək istehsalçılarından biridir. O, “Ray-Ban” və “Oakley” daxil olmaqla 150-dən çox brendə sahibdir. Şirkət həmçinin “Jimmy Choo”, “Swarovski”, “Dolce & Gabbana” və digər brendlər altında eynək istehsalı üçün lisenziyalara malikdir.

Şirkətlər bir neçə ildir əməkdaşlıq edir: 2021-ci ildə “Meta” və “Ray-Ban” ilk “ağıllı” eynəklərini, 2023-cü ildə isə yenilənmiş versiyasını buraxıb.

Son xəbərlər
Digər xəbərlər