“Meta” korporasiyası “Instagram”, “TikTok” və “YouTube” müəlliflərinə “Facebook”a keçdikləri üçün ayda $3000 ödəyəcək

“Meta” korporasiyası “Instagram”, “TikTok” və “YouTube” platformalarındakı müəllifləri “Facebook”a cəlb etmək üçün onlara ödəniş edəcək. Bu barədə CNBC yazır.

Proqram “Creator Fast Track” adlanır və məqsədi müəllifləri “Facebook”a gətirməkdir. Keçid üçün ödənişlər üç ay ərzində veriləcək, bundan sonra isə müəlliflər sosial şəbəkənin öz monetizasiya proqramına qoşula biləcəklər.

“Instagram”, “TikTok” və ya “YouTube”da 100 mindən çox izləyicisi olan müəlliflər ayda 1000 dollar qazana biləcəklər. Əgər izləyici sayı 1 milyondan çoxdursa, ödəniş 3000 dollar təşkil edəcək.

Ödəniş almaq üçün ay ərzində ən azı 15 qısa vertikal video paylaşmaq lazımdır və onları bir dəfəyə deyil, müxtəlif günlərdə yerləşdirmək tələb olunur. Kontent orijinal olmalıdır, lakin eyni zamanda digər platformalarda da paylaşılması mümkündür.

Nəşrin qeyd etdiyinə görə, “Facebook”un hazırda 3 milyarddan çox istifadəçisi var, lakin platforma yeni müəllifləri cəlb etməkdə çətinlik çəkir.

Son xəbərlər
Digər xəbərlər