13 C
Baku
Saturday, November 23, 2024

“Meta” mətn sorğusu əsasında musiqi yaradan alət təqdim edib

“Meta”mətn sorğusu əsasında audio yaradan “AudioCraft” proqramını təqdim edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, “AudioCraft” özündə üç ayrı süni intellekt modelini birləşdirir: “MusicGen” (musiqi yaradan), “AudioGen” (musiqiyə müxtəlif effektlər verən)  və “EnCodec” (musiqini emal edən).

Korporasiya “AudioCraft” vasitəsilə yaradılan audio nümunələri jurnalistlərə təqdim edib. Fit, külək, sirena və avtomobil siqnalları kimi səs effektləri çox orijinal səslənsə də, gitara notları qeyri-təbii olub.

Qeyd edək ki, “Meta”dan başqa “Google”un da oxşar layihəsi var – “MusicLM”. Öz növbəsində, səsyazma şirkətləri və sənətçilər artıq həyəcan təbili çalıblar, çünki bir çox AI modelləri təlim üçün müəllif hüquqları ilə qorunan materiallardan istifadə edirlər.

Son xəbərlər
Digər xəbərlər