“Meta”nın ticarət və maliyyə texnologiyaları üzrə rəhbəri Stefan Kasriel “Twitter”də elan edib ki, şirkət “Instagram” və “Facebook”da NFT-nin dəstəyini dayandırır. “Müvəqqəti olaraq biz yaradıcıları və biznesləri dəstəkləməyin digər yollarına diqqət yetirmək üçün rəqəmsal kolleksiyalara dəstəyi (NFT) mərhələli şəkildə dayandırırıq”, – mesajda deyilir.
Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.
“Meta”nın NFT-yə sərmayəsi yaradıcılara “Meta Pay” kimi platformalardan pul qazanmağa imkan verən məhsul və xüsusiyyətləri inkişaf etdirəcək. “Instagram” 2022-ci ilin may ayında, “Facebook” isə iyun ayında NFT sınağına başlayıb.
Noyabrın əvvəlində seçilmiş “Instagram” yaradıcıları NFT yaratmaq, onları həm proqramda, həm də proqramdan kənarda izləyicilərə satmaq imkanı əldə edib.