10 C
Baku
Wednesday, December 11, 2024

“Meta” öz neyron şəbəkəsini təqdim edib – Nitqi tanıyır və 100 dilə tərcümə edir

“SeamlessM4T” – nitqi tanıya, mətnə ​​çevirə və təxminən 100 dilə tərcümə edə bilən neyron şəbəkədir. Həmçinin, model 35 dildə mətndən nitq yarada bilir, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

Neyroşəbəkə tədqiqatçılar üçün açıq mənbə lisenziyası ilə, həmçinin 270 saatlıq nitq qeydini və ona uyğun mətnləri ehtiva edən tərcümə verilənlər bazası olan “SeamlessAlign” ilə birlikdə mövcuddur.

“SeamlessM4T” insanın bir dildən digərinə keçdiyini və ya nitqdə eyni anda bir neçə dildən istifadə etdiyini tanıya bilir.

Meta

Bildirilir ki, model tərcümələr üçün əvvəlki layihələrə əsaslanır: məsələn, dillər arasında birbaşa tərcümə sistemi, yazılı versiyası olmayan xokkein dialekti üçün süni intellekt tərcüməçisi və digərləri.

Son xəbərlər
Digər xəbərlər