13 C
Baku
Saturday, November 23, 2024

“Meta” rüblük hesabatdan sonra $200 mlrd. kapitallaşma itirib

“Meta”nın səhmləri “Nasdaq” birjasında rüblük hesabatının dərcindən sonra bazardan sonrakı ticarətdə 19% ucuzlaşıb, şirkətin kapitallaşması 200 milyard dollar azalıb, CNBC yazır. Premarket ticarətində “Meta” səhmləri Bakı vaxtı ilə 14:26-da 13.17% dəyər itirərək 428.5 dollara düşüb.

CNBC qeyd edir ki, “Meta” birinci rübdə gözləniləndən daha yüksək qazanc və gəlir əldə edib. Şirkətin xalis mənfəəti 12.4 milyard dollar təşkil edib ki, bu da ötən ilin göstəricilərindən iki dəfə çoxdur. Gəlir 27% artaraq 36.46 milyard dollara çatıb.

İnvestorlar “Meta” səhmlərinin satışını onun rəhbəri Mark Zukerberq süni intellekt və metakainat sahəsinə investisiyalar haqqında danışmağa başladıqdan sonra sürətləndiriblər, CNBC yazır.

Virtual və artırılmış reallıq texnologiyalarını inkişaf etdirən “Reality Labs” bölməsi 2020-ci ilin sonundan etibarən 3.85 milyard dollar itki ilə üzləşib.

“Meta” səhmləri 2023-cü ildə demək olar ki, üç dəfə artıb, CNBC yazır. ABŞ-də 2024-cü ilin əvvəlindən aprelin 24-də ticarətin bağlanması ilə qiymətli kağızlar 40% bahalaşaraq 493.5 dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər