12 C
Baku
Saturday, November 23, 2024

“Meta” yeni sosial şəbəkə üzərində işə başladı

“Meta” şirkəti “Twitter”ə rəqib ola biləcək mərkəzləşdirilməmiş sosial şəbəkənin inkişafı ideyasını araşdırır. “Biz mətn yazıların mübadiləsi üçün offlayn sosial şəbəkə ideyasını araşdırırıq. Hesab edirik ki, bloggerlərin və ictimai xadimlərin maraqlandıqları mövzular haqqında xəbərləri paylaşa biləcəkləri ayrıca məkana ehtiyac var”, – mesajda deyilir.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Mərkəzləşdirilməmiş sosial şəbəkə “Twitter”in ən məşhur açıq alternativi “Mastodon”u və “Fediverse” məkanının digər resurslarını idarə edən “ActivityPub” protokolunu dəstəkləyəcək.

“Meta” əvvəllər də müxtəlif xidmətlər yaratmağa çalışıb. Onlar sırasında “Super” (ulduzlarla ünsiyyət üçün), “Campus” (tələbələr üçün sosial şəbəkə), “Sparked” və “Lasso” (videozəng xidmətləri) olub.

Son xəbərlər
Digər xəbərlər