“Meta” şirkətinə daxil olan “WhatsApp” və “Instagram” platformalarının komandaları yenidən qurulacaq.
Bunun üçün “Meta” işçilərin kütləvi ixtisarını aparacaq.
Buna səbəb olaraq şirkətin təsisçisi Mark Zukerberqin platformaların səmərəliliyini artırmaq istəyi göstərilir.
Şirkət çalışanlarına aprelin 19-dan etibarən işdən çıxarma elanlarına hazırlıqlı olmalarını bildirib.