10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın iki böyük istehsalçı şirkətləri arasında kommersiya mübahisəsi yaranıb

Azərbaycanda iki böyük zavod arasında kommersiya mübahisəsi yaranıb.

Banker.az-a daxil olan məlumata görə, metal, plastik boru və fitinqlərin istehsalçısı “Met-Ak” MMC “ATEF” Şirkətlər Qrupu MMC-ni məhkəməyə verib.

Şirkət “ATEF” barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib, müqavilələrdən əmələ gələn öhdəliklər yerinə yetirilməməsindən gələn mübahisədən şikayətlənib.

Alqı-satqı müqaviləsi üzrə yaranmış mübahisəyə 23 fevralda baxılması gözlənilir.

“ATEF” Şirkətlər Qrupu Azərbaycanda və onun hüdudlarından kənarda enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər