19 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında “Met-Ak” MMC-nin AZ2002020272 ISIN-li, 3 mln manat həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Banker.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olmuşdur. Sifarişlər 8 investor tərəfindən təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 000 000,00 manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 mln manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 19 aprel 2019-cu ildir.