17 C
Baku
Tuesday, April 16, 2024

“Metak” Palatanın cəriməsindən şikayət edib

Maliyyə Bazarlarına Nəzarət Palatasının “Metak”ı (rəsmi adı “Met-AK” MMC)  iyulunun 10-da cərimələnməsi ləğv edildikdən sonra, ötən həftənin cümə axşamı yenidən cərimələməli olub.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, “Met-AK” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair  1731,056 ABŞ dolları məbləğində cərimə edilib.

İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Nərimanov Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində 30 iyul tarixində baxılacaq.

Xatırladaq ki, “Metak” 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan plastik boru və fitinqlərin istehsalına başlamışıq. İstehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, eləcə də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və MDB-nin digər ölkələrində satışa çıxarılır.

 

 

Son xəbərlər
Digər xəbərlər