19 C
Baku
Tuesday, April 16, 2024

“Metak”ın gəlirlərinin azalması xalis mənfəətinə kəskin təsir edib

Azərbaycanda plastik borular və fitinqlər istehsalçısı olan “Metak”  (və ya “Met-AK” MMC) 2019-cu ilin ilk yarısında xalis mənfəət açıqlamasına rəğmən, ötən ilin eyni dövrindəki “uğurlu” rəqəmləri təkrarlamayıb.

Şirkətin cari ilin I yarım ili üzrə hesabata əsasən 36 milyon 518,18 min manatlıq məhsul satışından gəlir əldə edə bilib, lakin, bu öncəki ilin analoji dövründə ~5 faiz daha az gəlir əldə etməsi deməkdir. Bu dövr ərzində satdığı məhsulun maya dəyəri isə 31 milyon 115,14 min manat təşkil edib: bu öncəki il ilə müqayisədə cüzi fərqlə azalma olması deməkdir.

54646İnzibati xərcləri azaldıb, marketinqə daha çox “güc verib”

İstehsalçı şirkət 2019-cu ilin təkcə 6 ayı ərzində 1 milyon 729,06 min manat satış və marketinq üçün xərclər çəkib – bu öncəki ilin eyni dövründəki rəqəmlərdən az qala 2,3 dəfə çoxdur. Bununla belə şirkətin ümumi və inzibati xərcləri əksinə iki dəfədən çox azaltmaqla 797,12 min manat edib.

“Metak”ın maliyyə xərcləri hesabat dövrünün sonuna 1 milyon 434 min manat və valyuta dəyişmədən gəliri isə 12,19 min manat olub.

Beləliklə, şirkətin xalis mənfəəti 1 milyon 456,42 min manat təşkil edib, ötən ilin eyni dövründə 3 milyon 132,4 min manat idi.

Bildirək ki, 1 iyul 2019-cu il tarixinə əsasən, “Metak”ın 777 nəfər işçisi var. Şirkət son iki ildə ölkənin maliyyə bazarına daxil olmaqla borcalmanı istiqrazlarla təmin etmək istəyir.

Son xəbərlər
Digər xəbərlər