Vəzifənin adı: Metal konstruksiyalar üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• İstehsal sahələrində çalışan mühəndis və texniklərə istehsal proseslərinin təşkil edilməsi işlərində metodiki köməklik göstərir;
• Sex və sahələrin tikinti layihələrini, sxem və cizgilərini təsnifatına uyğun toplayır və sistemləşdirir;
• Layihə-konstruksiya sənədlərinin kompüter texnikası vasitəsilə çəkilməsini, surətlərinin artırılmasını və onların kompüter yaddaşında saxlanmasını təmin edir;
• Şöbə işçilərinə kompüter proqramlarının yazılması və onlardan istifadə qaydalarında texniki köməklik göstərir;
• İdarə və sexlərdən təqdim olunan cizgilərin AutoCad rejimində çəkilməsini və böyük ölçüdə cizgilərin çap olunması işlərində iştirak edir;
• İstehsal sahələrində hazırlanan detalların sifarişlərini sənədləşdirməkdə iştirak edir;
• Yeni istifadəyə verilən istehsal güclərinin, obyektlərin layihə sənədlərinin toplanmasını nəzarətdə saxlayır;
• Yeni istifadəyə verilən istehsal güclərinin, obyektlərin layihə sənədlərinin toplanmasını nəzarətdə saxlayır;
• İxtisas və təhsil sahəsinə aid sexlərin texnoloji təlimat və marşrut kartlarının işlənməsində iştirak edir;
• Şöbədə kompüter və çap texnikasının istismarını nəzarətdə saxlayır;
• İstehsal sahələrində texnologiyanın təkmilləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiq olunmasında şöbə texnoloqlarına köməklik göstərir.
Təhsil/Təcrübə:
• Ali texniki təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərini sərbəst bilməli, Rus dilini sənədləşmə səviyyəsində bilməli;
• Metal Konstruskiya işləri üzrə layihələşdirilmə təcrübəsinə malik olmaq;
• Metal Konstruskiya işlərinin hazırlanması, İTP (inspection test plan) hazırlamaq;
• Qaynaq prosesləri üzrə müvafiq biliklərə malik olmalı;
• Avtocad və digər mühəndis qrafika proqramlarını ən azı istifadəçi səviyyəsində bilməli;
• Layihələri qiymətləndirmək bacarığına malik olmaq;
• Müasir qaynaq və mexaniki emal proseslərini bilmək;
• Layihələrin idarə olunması təcrübəsinə malik olmaq;
• Normativ texniki sənədlərin tələblərinə uyğun iş bacarığı;
• Stressə dözümlülük, texniki həll verə bilmək bacarığı, təzyiq altında işləmək bacarığı;
• Kompüter bilikləri: MS Office proqramları;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək.
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: [email protected]