İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən metal məmulatlarının qəbulu, istehsalı və satışı sahəsində fəaliyyət göstərən şirkətlərlə görüş keçirilib.
Banker.az xəbər verir ki, vergi orqanları metal məmulatlarının qəbulu, istehsalı və satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətini təhlil edib və bu sahədə bir sıra nöqsanların olduğu müəyyən olunub.
Metal məmulatlarının qəbulu sahəsində sənədsiz əməliyyatlar və sahibkarlıq subyektlərində qanunvericiliyə əməl edilməsi ilə bağlı kənarlaşmalar müşahidə olunub.