10 C
Baku
Thursday, December 12, 2024

Metallurgiya sənayesi üzrə 704 mln. manatlıq məhsul istehsal edilib

Azərbaycanda emal sektorunda metallurgiya sənayesi məhsullarının istehsalı 34.2% artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabata istinadən xəbər verir.

Komitənin hesabatına əsasən, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2022-ci ilin yanvar-may aylarında 704 mln. manatlıq məhsul istehsal olunub, hazır metal məmulatlarının istehsalı sahəsində 43.3%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 34.2% artım müşahidə olunub. 2022-ci ilin yanvar-may aylarında polad boruların istehsalı 2.1 dəfə, armaturun istehsalı 87.4%, polad tökmə istehsalı 48.3% artıb. Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 14 111.6 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.

svsvsv

 

Son xəbərlər
Digər xəbərlər