“Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi olan “Meta” şirkətini 400 milyon avro cərimə gözləyir.
Bu barədə İrlandiyanın məlumatların qorunması üzrə tənzimləyicisi DPC məlumat yayıb. Cəriməni ödəməkdən əlavə, Meta, DPC-nin müdaxilə və istifadəçi hüquqlarını pozan hesab etdiyi sosial media reklamları ilə bağlı siyasətini dəyişməli olacaq.
Avropanın aparıcı məlumatların mühafizəsi şirkəti olan DPC, Meta-nın abunəçilərin məxfi saxlanılmalı olan məlumatları reklam məqsədləri üçün istifadə etdiyi qənaətindədir.