17 C
Baku
Thursday, November 20, 2025

“Meta”nın baş süni intellekt mütəxəssisi öz startapını yaratmaq üçün şirkətdən ayrılıb

“Meta”nın baş süni intellekt mütəxəssisi Yan Lekun öz startapını yaratmaq üçün şirkətdən ayrıldığını açıqlayıb. Yan Lekun bildirib ki, o, “dünyanın modelləri” üzərində ixtisaslaşacaq startap yaratmağı planlaşdırır — real dünyanın fiziki və məkan xüsusiyyətləri də daxil olmaqla, onun “dinamikasını” anlayan süni intellekt (Sİ) sistemləri.

Lekun 2013-cü ildən etibarən “Meta”da Süni İntellekt üzrə Fundamental Araşdırmalar Laboratoriyasına (FAIR) rəhbərlik edirdi. O, bu laboratoriyadakı həmkarları, Nyu-York Universiteti və digər təşkilatlarla birlikdə indi davam etdirmək istədiyi tədqiqat proqramı üzərində çalışırdı.

“Meta” isə CNBC-nin yazdığına görə, Lekunun startapı ilə əməkdaşlığı davam etdirəcək.

FT-nin mənbələrinin sözlərinə görə, o, artıq investisiya cəlb edilməsi üçün danışıqlar aparır. Lakin bu investisiyaların kimdən olacağı hələ məlum deyil.

Son xəbərlər
Digər xəbərlər