13 C
Baku
Şənbə, May 21, 2022

“Meta”nın bazar dəyəri 200 mlrd. dollardan çox azalıb

“Meta Platforms” (“Facebook”un ana şirkəti) hesabatının dərcindən sonra korporasiyanın səhmləri 26% ucuzlaşıb.

Banker.az xəbər verir ki, məlumatlar NASDAQ birjasında keçirilən ticarət sessiyası zamanı qeydə alınıb. Vurğulanır ki, səhmlərin qiyməti 330 dollardan 237 dollara düşüb.

Bu gün Bakı vaxtı ilə saat 11:45-ə olan məlumata görə, kotirovkalar 2020-ci ilin yay səviyyəsinə uyğun olaraq 243 dollar civarında olub. “Meta Platforms” səhmlərinin ucuzlaşması – tarixdə baş verən ən böyük kapitallaşma itkisidir. Azalma anında şirkətin itkisi 200 milyard dollardan çox olmuşdu.

Texnologiya nəhənginin səhmlərinin satışı iqtisadiyyatın yavaşlaması və müvafiq olaraq reklam xərclərinin azalması ilə əlaqələndirilir. Sürətlə böyüyən “Reels” qısa videolar seqmentində monetizasiyanın olmaması səbəbindən uduzur.

Son xəbərlər
Oxşar xəbərlər