12 C
Baku
Saturday, November 23, 2024

“Meta”nın gəliri 28.6 milyard dollar artıb

Amerikanın “Meta” korporasiyasının gəlirləri birinci rübdə illik müqayisədə 3% artıb.

Müvafiq məlumatlar korporasiyanın dərc etdiyi maliyyə hesabatlarında öz əksini tapıb.

Martın 31-də başa çatan üç aylıq dövr ərzində “Meta” 28.6 milyard dollar gəlir əldə edib.

Ötən ilin analoji dövründə korporasiyanın gəliri 27.9 milyard dollar olub, beləliklə, illik müqayisədə 3% artıb.

Şirkətin rübdə xalis mənfəəti 24% azalaraq, bir il əvvəlki 7.4 milyard dollarla müqayisədə 5.7 milyard dollar təşkil edib.

Bu ölçüdə şirkətin performansı daha böyük mənfəət azalmasını gözləyən analitiklərin gözləntilərini üstələyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər