26 C
Baku
Saturday, July 27, 2024

Metro bu ayın sonuna qədər şənbə-bazar günləri işləməyəcək

Bu ayın sonuna qədər şənbə-bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-a qədər və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-a qədər “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma fəaliyyəti də dayandırılacaq.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Xatırladaq ki, qurumun qərarına əsasən, sentyabrın 14-ü saat 06:00-dan metroda sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Son xəbərlər
Digər xəbərlər