10 C
Baku
Şənbə, Noyabr 27, 2021

“Metro City” ticarət mərkəzi yanır – Yenilənib

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar ərtafda yaşayan insanlar təxliyə edilir.

Yanğının miqyası böyüyərək digər ticarət obyektlərinə də keçib.

Hazırda hadisə yerinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəlib.


09:14

Bakının Nərimanov rayonunda yanğın başlayıb. 

Yanğın “Metro City” ticarət mərkəzindədir.

Ticarət mərkəzinin içinin mallarla dolu olduğu bildirilir. Hazırda yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb edilib.

 

Son xəbərlər
Oxşar xəbərlər
X