27 C
Baku
Saturday, July 27, 2024

Metro işçilərinin maaşı 1 000 manatı keçib

Azərbaycanda metro işçilərinin maaşında artım var.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin cari ilin yanvar-mart aylarını əhatə edən hesabatına istinadən xəbər verir.

Hesabatda bildirilir ki, metro nəqliyyatı sektorunda çalışan işçilərin orta aylıq maaşı 1 072.1 manat təşkil edir. Bu, ötən ilin müfaviq dövrü ilə müqayisədə 36.3% çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar-mart aylarının göstəricilərinə əsasən, metro işçilərinin maaşı 786.6 manat idi.

Son xəbərlər
Digər xəbərlər