“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Bakı-Mexaniki-Təmir” Açıq Tipli Səhmdar Cəmiyyət ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Bakı Metropoliteni” QSC-nin istismarda olan metro vaqonlarının (Vaqonların siyahısı 2825-1912-1911-1910-2826, 2853-1999-3003-3007-2854, 2723-1582-1583-1584-2724, 2725-1585-1586-1588-2726, 2659-1474-1475-1476-2669,2803-1853-1852-1851-2804,2772-1741-1740-1739-2773) ön görünüşünün dəyişdirilməsi, qumla təmizlənməsi üçün tam sökülməsi,qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi , kuzovun bərpası, iki qat akril boya ilə rənglənməsi, yığılaması və salon daxili işıqlanmanın tam dəyişdirilməsi və modernləşməsi işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 717 334 manatdır.