Metronun “28 May” stansiyasından “Dərnəgül” və “İçərişəhər” istiqamətində interval dəyişdi

“Bu gün səhər saat 07:00-da biz işə başladıq və səhər saat 09:00-da qapılar bağlandı. Təbii ki, saat 17:00-da yenə metro qapılarını sərnişinlərin üzünə açacaq. Bu 20:00-a qədər davam edəcək və 20:00-da biz metronun qapılarını sərnişinlərin üzünə bağlayacağıq. Bütün sərnişinlər mənzilbaşına çatdırıldıqdan sonra metronun çıxış qapıları da bağlanacaq”.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev “ATV Səhər” proqramında bildirib.

O əlavə edib ki, əvvəlki günlərə nisbətən qrafik dəyişməsə də sıxlıq yoxdur: “Metro bu gündən belə rejimlə işləyəcək. Öncədən hərəkət qrafiki tərtib etdik. Pandemiyadan öncə işlədiyimiz qrafikə əsasən, saata 24-cüt qatarı bir stansiyadan keçir. Deməli “28 May” – “Həzi Aslanov” istiqamətində 2,5 dəqiqəlik intervalla, “28 May” – “Dərnəgül” və “28 May” – “İçərişəhər” istiqamətində isə 5 dəqiqəlik intervalla qatarlar hərəkət edəcək”.

Onun sözlərinə görə, “Cəfər Cabbarlı” – “Şah İsmayıl Xətayi” istiqamətində interval dəyişməyib: “Həmçinin “Bənövşəyi xətt”in “Memar Əcəmi 2” – “Avtovağzal” istiqamətində də əvvəllər hansı güclə işləyirdiksə, o güclə də işləyəcəyik. Burada məqsəd odur ki, sərnişinlər arasında sıxlıq olmasın, seyrəklik olsun və müəyyən edilmiş qaydalara əməl olunsun”.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları