14 C
Baku
Saturday, November 23, 2024

Metronun daha bir yeni stansiyası üçün layihə sənədləri hazırlanıb

“Bakı metrosunun şərti adı “Y 14″ olan stansiyasının layihə sənədləri artıq hazırdır, maliyyə və digər məsələlər həll edilsə, onun tikintisinə başlayacağıq”.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə Baş mühəndisi Əlixan Osmanov deyib.

O, həmçinin deyib ki, “Y 15 stansiyasının artıq çalası qazılıb, “Y 16” stansiyasının isə 50 % hissəsində tikinti işləri yekunlaşıb.

“Bakı Metropoliteni”nin gələcək inkişaf sxemində Qırmızı xəttin daha da böyüməsi, Mavi xəttin tikilməsi və digər işlər nəzərdə tutulur. Biz addım-addım bu planla gedirik. Bənövşəyi xəttin artıq 4-cü stansiyasında tikinti davam edir. Yaşıl xəttin davamı olaraq “Xətai” metrostansiyası ilə “Həzi Aslanov” metrostansiyası arasında şərti adı “Y 14”, “Y 15”, “Y 16” olan stansiyaların tikintisi hazırda getmir. Amma biz Y 15 stansiyasının böyük bir hissəsini tikmişik. Gələn il müəyyən şərtlər daxilində onun tikintisini davam etdirə bilərik. Eyni zamanda bizim “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına qədər Yaşıl xətdə də üç stansiyamız nəzərdə tutulub. Onların layihəsini hazırlamışıq. Start veriləndə işlərə başlaya bilərik. Bu stansiyaları tikmək üçün “Bakı Metropoliteni”nin kifayət qədər texniki və zehni potensialı var”, – deyə Baş mühəndis qeyd edib.

“B 4” stansiyasında da hazırda qazıntı işləri aparılır. “8 Noyabr” stansiyasından ora qədər tunellər qazılıb. Hazırda tunellərin içində quraşdırma işləri gedir. Gələn ilin sonuna, ən gec halda 2024-cü ilin əvvəlinə “B 4″ stansiyasının tikintisini başa çatdıra bilərik”, – deyə Ə.Osmanov əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər