Yeni metrostansiyaların tikilməsi həmin ərazilərdə mənzil qiymətlərinə təsir edəcək.
Bunu əmlak məsələləri üzrə ekspertlər deyirlər. Bildirirlər ki, Yeni Günəşli, Zabrat, Saray, Masazır və Xırdalanda tikiləcək metrostansiyalar həmin ərazilərdə torpaq və mənzil qiymətlərini xeyli artıracaq.
Elnur Fərzəliyev hesab edir ki, bu ərazilərdə təkcə qiymət yox, tələbat da artacaq.
Qeyd edək ki, artıq Bakı metrosunda 2027-ci ilə qədər inşası nəzərdə tutulan 10 stansiyadan 1-də tikinti gedir, digər 9 stansiyanın layihələndirmə işləri yekunlaşıb. Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, metronun şərti adı B4 olan stansiyanda tikinti davam edir və bu ilin sentyabr ayına qədər bitməsi nəzərdə tutulub.
Dərnəgül deposunda da tikinti işlərinə başlanılıb.







