16 C
Baku
Sunday, May 26, 2024

“Metropark” statistik məlumatları vermədiyi üçün cərimələnir

“Metropark ticarət və əyləncə mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Metropark ticarət və əyləncə mərkəzi” MMC barəsində Dövlət Statistika Komitəsi İnzibati Xətalar Məcəlləsinin 389-cü maddəsi – statistik məlumatların verilməsi qaydalarının pozulması üzrə protokol tərtib edilib.

İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib və işə baxan hakim Hafiz Kamranovdur.

İXM-in 389-cü maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər