12 C
Baku
Saturday, November 23, 2024

Metropoliten: İntervalın azaldılması qatarların sayından asılı deyil

“Bakı Metropoliteni” QSC-də intervalın azaldılması qatarların sayının artırılmasından asılı deyil.

Bunu “Bakı Metropoliteni” QSC-nin depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov bildirib.

Departament rəisi qeyd edib ki, köhnə nəsil qatarlarının ən sonuncusunun istismardan çıxarılma müddəti 2042-ci ilədir.

“O müddətdə qədər bu qatarlardan istifadə olunacaq. Köhnə qatarlar tədricən istismardan çıxarılır. Bu il bir qatar istismardan çıxarılacaq. Ümumi götürdükdə metro qatarlarının 50 faizi yenilənib”, – deyə F.Əhmədov bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər