“Bakı Metropoliteni” QSC zərərdən mənfəətə keçmək, başqa sözlə mənfəətlə işləmək üçün fəaliyyətini optimallaşdırır.
Bunu səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.
“Hər bir müəssisə kimi biz də zərərdən mənfəətə keçmək üçün çalışırıq, bunun üçün optimallaşmaya gedirik. Son illər yeni qatarların alınması, yeni stansiyaların tikintisi, ağac şpalların dəmir-beyon bloklarla əvəz edilməsi, vaqonların metropoliten daxilində orta və əsaslı təmiri, vaqonların modernləşdirilməsi optimallaşdırma tədbirlərinə aiddir. Həmçinin rekuperativ sistemlərin tətbiqi ilə elektrik enerjisinə qənaət edilir. Bununla qatarların işıqlandırılmasında 50 % qənaətə nail olunub”, – deyə o qeyd edib.