25 C
Baku
Saturday, July 27, 2024

Metroya minənlər azalıb

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda metro məqliyyatı ilə 72.1 mln. sərnişin daşınıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əvvəlki ilin müvafiq dövründə isə metrodan istifadə edən sərnişinlərin sayı bundan 2.6 mln. və ya 3.5% çox idi.

Hesabat dövründə dəniz nəqliyyatı ilə sərnişin daşınmasında da azalma müşahidə olunub. Belə ki, dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayı illik müqayisədə 17.7% azalaraq 15.8 min nəfərə çatıb.

Cari ilin ilk 10 ayında dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sayı isə 23% artaraq 2.5 mln. nəfərə çatıb.

 

Son xəbərlər
Digər xəbərlər