10 C
Baku
Wednesday, December 11, 2024

Metyu Brayza: “Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır”

“Azərbaycanın özünün işğal altında olan torpaqlarını azad etməyə tam haqqı var”.

Bunu “Region Plus” jurnalına müsahibəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, Amerikanın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.

“BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə var. Orada Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarını dərhal tərk etməyə çağırılır və döyüş əməliyyatlarının dayandırılmasına çağırış edilir. 1994-cü ildə döyüş hərəkətləri doğrudan da dayandırılıb, lakin Ermənistan hələ də buradan getməyib. BMT Təhlükəsizlik Şurasının qətnamələri beynəlxalq hüququn ən ali təzahürüdür. Buna görə də bu gün Ermənistan beynəlxalq hüquqdan kənardır və Azərbaycanın özünün işğal altında olan torpaqlarını qaytarmağa tam haqqı çatır”, M.Brayza bildirib.

Onun sözlərinə görə, buna əmin olmaq üçün ABŞ-ın siyasətinə və hətta Nümayəndələr Palatasının son qətnaməsinə nəzər salmaq kifayətdir. Baxmayaraq ki, həmin qətnaməni erməni diasporunun güclü olduğu Kaliforniya ştatından olan konqresmenlər irəli sürüb.

“Bu qətnamədə Azərbaycan aqressivlikdə ittiham olunur, lakin beynəlxalq hüququn pozulması və ya qanunazidd hərəkətlərdə günahlandırılmır. Məncə, bnun özü hər şeyi deyir”, – o bildirib.

Qeyd edək ki, hazırda Metyu Brayza ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisidir.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər