6 C
Baku
Wednesday, February 28, 2024

Mey Brexit üzrə keçiriləcək parlament seçkilərini təxirə salmaq qərarını verdi

Britaniyanın Baş naziri Tereza May, Brexit üzrə İcmalar Palatasında səsvermənin təxirə salınmasına qərar verib.

Banker.az bildirir ki, bu barədə Bloomberg vəziyyətlə tanış olan bir mənbəyə istinadən xəbər verir.

Xatırladaq ki, Səsvermə dekabrın 11 – i keçirilməli idi.

2017-ci ilin iyunundan etibarən səsvermənin təxirə salınması ilə bağlı olaraq,  funt sterlinqi minimuma düşüb, böyük Britaniya dövlət istiqrazlarının qiymətləri yüksəldi, onların gəlirliliyi isə minimuma çatdı.

Əvvəllər olduğu kimi, bəlkə də, Mey kabineti başqa bir qərar verəcək və bu, baş nazirin səsvermənin vaxtında keçirməsinə səbəb olacaq. Hal – hazırda, o, nazirlərlə danışıqlar apararaq bu məsələ ilə bağlı hökumətin mövqeyini müəyyən etməyə çalışır.

Vesti.Ekonomikanın verdiyi  məlumata görə, Ekologiya naziri Maykl Gouv, bazar ertəsi BBC-yə bildirib ki, səsvermə vaxtında baş tutacaq və hökumət lazımi dəstək ala biləcəyinə əmindir.

Mey, gözləndiyi kimi cümə axşamı günü   bu məsələ ilə bağlı müəyyən güzəştlər əldə etmək məqsədi ilə AB-nin sammitinə  Brüsselə gedəcək.

Nəticə etibarı ilə, keçən həftə sonu, Mey  razılaşdırılmış qərarın dəyişdirilməsi və daha məqbul  razılaşmanın bağlanması üçün AB – nin digər liderləri ilə danışıqlar aparıb. Lakin, AB-i müqaviləyə yenidən baxmaq niyyətində olmadığını bildirib.

Müqavilənin İcmalar Palatasından keçirmək üçün Mey, qanunverici heyətin əksəriyyətinin razılığını əldə etməlidir, amma bu cür dəstək almaq asan olmayacaq.

Baş nazirin Mühafizəkarlar partiyası 315 yerə sahibdir və icmalar palatasında ən böyük partiyalardan biridir, ancaq Brexit tərəfdarları da daxil olmaqla partiya üzvlərinin əksəriyyəti bu  plana qarşı çıxır.

Əgər parlament Brexit razılaşmasını təsdiqləməsə, Böyük Britaniya razılaşma əldə etməmiş AB-dən çıxacaqdır. Bu isə ölkə daxilində siyasi və iqtisadi xaosun başlanmasına səbəb ola bilər.

Mey özü vəzifəsindən çıxmaq məcburiyyəti qarşısında qala bilər, Böyük Britaniyanın isə  böhranı həll etmək üçün yeni seçkilərin və ya yeni bir referendumun keçirilməsinə ehtiyacı ola bilər.

Son xəbərlər
Digər xəbərlər