Mey G20 sammitində İranla bağlı nüvə sazişinin öhdəliklərin yerinə yetirilməsini ön plana çəkəcək

0

Böyük Britaniyanın baş naziri Tereza Mey sabah başlayacaq G20 sammitində İranla bağlı nüvə sazişi üzrə öhdəliklərin yerinə yetirilməsi və regiondakı gərginliyin aradan qaldırılması zərurətini ön plana çıxarmaq niyyətindədir.

“Report” Agentliyi “RİA Novosti”yə istinadən xəbər verir ki, hökumət başçısı tədbir ərəfəsində jurnalistlərə bildirib:


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“İranın Müştərək Əhatəli Plan üzrə öhdəliklərini yerinə yetirməsi mühümdür. İrana gəlincə, regionda gərginliyin azalmasını görməyimizi zəruri hesab edirəm. Bu istiqamətdə çalışmağa davam edəcəyik, mən də sazişi qoruyub saxlamaq üçün hər cür tədbirləri görməyin vacibliyi barədə Fransadan və Almaniyadan olan həmkarlarımla danışacağam”.

“ABŞ sazişdən (İran nüvə proqramı ilə bağlı – red.) çıxsa da, biz onun əhəmiyyətinə və davam olunmasının vacibliyinə inanırıq”, – deyən Böyük Britaniyanın baş naziri sammitin başqa mühüm mövzuları kimi ekologiya problemlərini və internetdə terrorun təbliğatını göstərib.