11 C
Baku
Tuesday, March 5, 2024

Mey istefa etdiyi halda Brexit-in ləğv olunmasından xəbərdarlıq edib

Böyük Britaniyanın baş naziri Tereza Mey, Mühafizəkarlar partiyasında öz vəzifəsini saxlamaq üçün sona qədər mübarizə aparmağa hazır olduğunu və eyni zamanda, onun istefası Brexit-in sona yetməsinə gətirib çıxaracağını bildirib.

Bu barədə Banker.az Bloomberg-ə istinad edir.

İngiltərədə hakim olan Mühafizəkarlar partiyasının (tori) liderinin dəyişməsi, onun Avropa İttifaqından daha əlverişli razılaşma əldə etməsinə kömək edə bilməyəcək və hazırkı siyasi qeyri-sabitliyin daha da güclənməsinə səbəb olacaqdır. Bu haqda 12 dekabr tarixində mühafizəkarların lideri olan Tereza Mey bildirib.

Bununla o, 1922- ci il Komitəsinin başçısı olan Qrem Bredinin çərşənbə axşamı keçiriləcək etimad səsverməsi barədə qərarınışərh etib. Səsvermənin başlaması üçün torinin ən az 48deputatı yazılı məktublarını təqdim etməli idilər, belə ki, artıq çərşənbə axşamının səhər saatlarındaBredi lazımi qədər məktub topladığını bildirmişdir.

Əgəraxşam Mey öz partiyasının 315 millət vəkillərindən ən az 158-nin dəstəyini ala bilməsə, istefailə qarşı-qarşıya qalmalı olacaq. 1992-ci il Komitəsinin nümayəndəsi olan Şerin Hillian bildirib ki, səsvermənin nəticələri gecə yarısı elan olunacaq.

Mey partiyada özliderliyini qorumaq üçün “hər cür səy göstərmək” niyyətli olduğunu bildirib və bu vəzifədə “işini tamamlamağa” hazır olduğunu vurğulayıb. Bundan əlavə, baş nazir xəbərdarlıq edib: onun məğlub olduğu haldatori daxili seçkilər keçirmək məcburiyyətində qalacaq, bu isə AB-nin (Brexit) tərk edilməsi prosesini çətinləşdirəcək.

Mühafizəkarların yeni liderinin seçilməsi ilə bağlı yaranacaqqarışıqlıq səbəbindən yeni baş nazir İngiltərə ilə AB arasında Brexit üzrə bağladıqları müqavilənin təsdiqiüçün gecikə bilər. Nəticədə, Brexit məsələsi ya təxirə salınacaq, ya da ümumiyyətlə həll olunmamış qalacaq.

Mey bildirir ki, hökumət başçısının istefaya getməsi Britaniyanın milli maraqlarına ziddir. “ Mühafizəkarlar partiyasının liderinin dəyişməsi bizim ölkənin gələcəyi üçün müəyyən risklər yaratmış olacaq və qeyri-sabitliyin artmasına gətirib çıxaracaq”,- deyə Mey bildirib.

Nəticə etibarı ilə, yaranmış vəziyyətdən Leyboristlər partiyası və onun lideri olan Ceremi Korbin qazanacaq, Mey vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər