13 C
Baku
Sunday, November 9, 2025

Meydançada “Soyuq müharibə”

Amerikanın basketbol üzrə milli komandası 36 il ardıcıl olaraq Olimpiya oyunlarında qalib gəlirdi və bu idman növü üzrə əvəzsiz Olimpiya çempionu idi. 1972-ci ildə Münhendə keçirilən Olimpiya oyunlarında amerikalılar finalda Sovet ittifaqının komandası ilə qarşılaşmalı idi. Gözlənilmədən mübarizə çox ciddi hal alır. Oyunun başa çatmasına cəmi bir neçə saniyə qaldıqda hesab 50-49 amerikalıların xeyrinə idi.

Final fiti səsləndikdən sonra gərgin qələbə əldə edən ABŞ komandası sevinməyə, rəqs etməyə başlayır. Lakin belə məlum olur ki, çox tez sevinmişlər. Sovet millisinin məşqçisi oyun zamanı 3 saniyəlik fasilə tələb etdiyini və daha sonradan hakimin səhv ucbatından ona bu fasilə vermədiyini bildirir və komandaların əlavə 3 saniyə də oynamalarını tələb edir. Bu saniyələr ərzində Aleksandr Belov iki amerikalı basketbolçudan keçərək topu zənbilə göndərməyi və öz növbəsində Sovet İttifaqına qələbə qazandırmaqla 36 illik ənənəni pozur.

Son xəbərlər
Digər xəbərlər