15 C
Baku
Friday, March 29, 2024

Meyin vəzifəsi postuna uğrunda 4 namizəd mübarizə aparacaq

Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verəcəyi təqdirdə bu post uğrunda mübarizə apara biləcək 4 namizədin adı çəkilir. Bu barədə “Financial Times” yazıb.

Bu post uğrunda sabiq xarici işlər naziri Boris Conson, indiki xarici işlər naziri Ceremi Hant, “Brexit” məsələləri üzrə sabiq nazir Dominik Raab və ətraf mühit, qida və kənd təsərrüfatı naziri Maykl Qouvun mübarizə apara biləcəyi deyilir.

Qeyd edək ki, martın 27-i T. Mey vaxtından tez vəzifəsini tərk etməyə hazır olduğunu açıqlayıb.

ONA

Son xəbərlər
Digər xəbərlər