4 C
Baku
Saturday, February 24, 2024

Meymunçiçəyinə görə bu ölkədə fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində meymunçiçəyinə yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.

Bu qərar yerli hakimiyyət orqanlarına xəstəliklə mübarizə üçün daha çox əməkdaş səfərbər etməyə imkan verəcək.

Qeyd olunur ki, iyulun 29-dək şəhərdə meymunçiçəyinə 291 yoluxma aşkar edilib.

Statistikaya əsasən, ABŞ-da indiyədək qeydə alınan 4,9 min yoluxmanın 40 faizdən çoxu San-Fransisko və Nyu-York ştatının payına düşür.

Son xəbərlər
Digər xəbərlər