10 C
Baku
Saturday, November 23, 2024

“Meymunçiçəyi” xəstəliyinin yayılması qlobal fövqəladə hal deyil – ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “meymunçiçəyi” ilə mübarizə komitəsi belə nəticəyə gəlib ki, xəstəliyin yayılma miqyası hal-hazırda ictimai səhiyyədə beynəlxalq narahatlıq doğuran fövqəladə hal deyil.

Bu barədə komitənin iclasının yekunları üzrə dərc olunmuş məlumatda deyilir.

“Bir neçə komitə üzvü fərqli fikirlər söyləsə də, komitə konsensus olaraq ÜST-nin Baş direktoruna xəstəliyin yayılmasının hazırkı mərhələdə ictimai səhiyyədə beynəlxalq narahatlıq doğuran fövqəladə hal kimi xarakterizə edilməməsini tövsiyə etmək qərarına gəldi”, – sənəddə bildirilir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər