23 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

“MFX-Trading İnvestisiya Şirkəti” ötən il zərər edib

Screen Shot 2021 09 02 at 14.34.20

“MFX-Trading İnvestisiya Şirkəti” ASC 2020-ci ili 53 min 425 manat zərərlə başa vurub.

Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

“MFX-Trading İnvestisiya Şirkəti”nin ötən il ümumi və inzibati xərcləri 53 min 485 manat, əməkhaqqı xərcləri 32 min 435 manat, sosial müdafiə/məşğulluq fondu xərcləri 8 min 195 manat təşkil edib.

2020-ci ildə investisiya şirkətinin cəmi aktivləri 451 min manat olub.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “MFX-Trading İnvestisiya Şirkəti”nu ötən ilin avqust ayında dövlət qeydiyyatına alıb. Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox – 500 min manat, qanuni təmsilçisi Zahir Dünyamalı oğlu Abdullayev, Müşahidə Şurasının sədri İbrahim Ziyad oğlu Səfərzadə, üzvləri isə İdris Elman oğlu Məmmədov və Anar Malik oğlu Təhməzovdur.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər