“MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub

Bakı Fond Birjası 2021-ci ilin 1-ci yarımilliyi üzrə hesabatını yayıb.

Banker.az xəbər verir ki, hesabatda birja üzvlərinin ticarət göstəricilərinə də yer verilib.

Hesabatdan məlum olur ki, 2021-ci ilin 1-ci yarımilliyi ərzində səhm bazarı üzrə əməliyyatların həcminə görə 1-ci yeri “MFX- Trading İnvestisiya Şirkəti” ASC tutub.

Şirkət 6 ayda səhmlər üzrə 10 milyon 83 min manatlıq əməliyyat həyata keçirib.

“MFX- Trading İnvestisiya Şirkəti” investisiya şirkəti fəaliyyətinə ötən ilin Oktyabr ayında lisenziya alıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.